Giriş Son illərdə xarici investisiyaların sürətlə axınını nəzərə alaraq, gələcəkdə yarana biləcək investisiya mübahisələrinin həlli zamanı istər yerli məhkəmələr, istərsə də beynəlxalq arbitraj məhkəmələri üçün “investisiya” anlayışının müəyyən edilməsi olduqca mühim əhəmiyyət kəsb etməkdədir. Xarici investorların “qiblə”si hesab edilən İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzi tərəfindən (ingiliscə- “International Centre for Settlement of Investment Disputes” qısaca...
Yazı