Dəyişmə və qismən ləğv bir-birinə oxşayır. Eyni vəziyyəti yuxarı məhkəmənin bir tərkibi aşağı məhkəmənin qətnaməsinin və ya qərardadının dəyişdirilməsi, digəri isə qismən ləğvi kimi yazır. Bu isə ləğv sayı ilə bağlı məhkəmə statistikasına təsir edir. Fərq “mahiyyət” anlayışı ilə bağlıdır. Belə ki, fəlsəfədə “mahiyyət” dedikdə predmetin elə xüsusiyyətlərinin məcmusu başa düşülür ki, onlarsız predmet mövcud...
Category: İzahat
Məhkəmə aktının dəyişdirilməsi və qismən ləğv edilməsinin fərqi nədir ?
Dəyişmə və qismən ləğv bir-birinə oxşayır. Eyni vəziyyəti yuxarı məhkəmənin bir tərkibi aşağı məhkəmənin qətnaməsinin və ya qərardadının dəyişdirilməsi, digəri isə qismən ləğvi kimi yazır. Bu isə ləğv sayı ilə bağlı məhkəmə statistikasına təsir edir. Fərq “mahiyyət” anlayışı ilə bağlıdır. Belə ki, fəlsəfədə “mahiyyət” dedikdə predmetin elə xüsusiyyətlərinin məcmusu başa düşülür ki, onlarsız predmet mövcud...
Kommersiya məhkəməsinə aid olan işə ümumi məhkəmə baxaraq qətnamə verdikdə belə qətnamədən verilən apelyasiya şikayətinə baxılarkən apelyasiya instansiyası hansı qərarı qəbul etməlidir?
Mülki prosesdə bəzən belə hallar olur: kommersiya məhkəməsinə aid olan işə ümumi məhkəmə (və ya əksinə) baxaraq qətnamə qəbul edir. Bu qətnamədən verilən apelyasiya şikayətinə baxılarkən apelyasiya instansiyası hansı qərarı qəbul etməlidir ? Mövcud məhkəmə təcrübəsinə görə qətnamə ləğv edilir və iş yenidən baxılması üçün aid olduğu birinci instansiya məhkəməsinə göndərilir. Bu düzgün mövqe deyil,...
Alimentin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar hansı qaydada və hallarda qəbul oluna bilər ?
Alimentin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar hansı qaydada və hallarda qəbul oluna bilər ? Bu məsələni Ailə Məcəlləsinin 55.3-cü maddəsi tənzimləyir. Orada qeyd olunub ki, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər....
Aşağı instansiya məhkəməsinin aktı şikayət əsasında 1 dəfə yuxarı instansiyada yoxlanıldıqdan sonra eyni akt başqa şikayət əsasında həmin instansiyada yenidən yoxlanıla bilərmi ?
Aşağı instansiya məhkəməsinin aktı şikayət əsasında 1 dəfə yuxarı instansiyada yoxlanıldıqdan sonra eyni akt başqa şikayət əsasında həmin instansiyada yenidən yoxlanıla bilərmi ? Bu suala cavab verməzdən əvvəl yoxlamadan sonra “başqa şikayətin” necə yarandığını aydınlaşdıraq. Belə şikayət aşağıdakı hallarda yaranır: 1) yoxlamadan sonra məlum olur ki, işdə iştirak edən şəxslərdən biri yoxlanılmış aktdan şikayətvermə müddətini...
Etibarsız əqdlər üzrə müddətlər
MM-in “Etibarsız əqdlər üzrə müddətlər” adlı 354-cü maddəsində müəyyən edilmiş müddətlər iddia müddəti deyil, mülki hüququn həyata keçirilməsi müddətidir. Fərq ondan ibarətdir ki, iddia müddəti bitəndə müdafiəsi tələb olunan mülki hüquq qalır, lakin onu iddia ilə müdafiə etmək imkanı itirilir, mülki hüququn həyata keçirilməsi müddəti bitəndə isə hüququn özü xitam olunur. “Mübahisələndirilən əqdin etibarsız sayılması...
Torpaq icarəsində prolonqasiya ilə bağlı məsələlər
Torpaq icarəsi ilə bağlı mübahisələr həll edilərkən prolonqasiya düzgün qiymətləndirilmir. Prolonqasiya (“prolongare” latıncadan tərcümədə “uzatmaq” mənasını verir) –müqavilənin müddəti bitdikdə onun eyni müddətə və eyni şərtlərlə avtomatik olaraq uzadılması deməkdir. Bəzi hüquqşünaslar icarədə olmuş torpaq sahəsi (xüsusilə bağ torpaq sahəsi) ilə bağlı mübahisələrdə belə əsaslandırmadan istifadə edirlər: icarə müqaviləsinin müddəti bitsə də ona xitam vermək...
Əmək müqaviləsini pərdələmək üçün bağlanmış mülki-hüquqi müqavilələrə əsaslanan iddialarla bağlı nəzərə alınmalı məqamlar
Bəzi sahibkarlıq fəaliyyəti subyektləri əmək müqaviləsini pərdələmək üçün vətəndaşlarla müxtəlif mülki-hüquqi (xidmət, tapşırıq, podrat və s.) müqavilələr bağlayır, müqavilə şərtləri pozulduqda isə vətəndaşlara qarşı mülki-hüquqi əsaslarla təzminat və s. barədə iddialar qaldırırlar. Həmin iddialar təmin edilə bilməz, çünki mülki-hüquqi müqavilə etibarsızdır. Mülki-hüquqi müqavilənin etibarsız sayılması üçün vətəndaşın iddia verilməsinə zərurət yoxdur, müqavilə başqa əqdi (əmək...
Mülki prosesdə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardada əsasən icra vərəqəsi verilməlidirmi ?
Mülki prosesdə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardada əsasən icra vərəqəsi verilməlidirmi ? Təcrübədə qeyri-müəyyənlik var. Bunun səbəbi qanunvericilikdə həmin məsələni tənzimləyən normanın olmamasıdır. Bizdən fərqli olaraq Rusiya Federasiyasının MPM-nə “Barışıq sazişinin icrası” adlı 153.11- ci maddə əlavə edilib və orada qeyd olunub ki, barışıq sazişi bu sazişdə müəyyən...
- 1
- 2