Dünya Bankı Təcrübə Proqramı

Son müraciət tarixi: 31 oktyabr 2021 və 31 yanvar 2022

Məkan: Vaşinqton, ABŞ və ya ABŞ-ın digər şəhərləri

Dünya Bankı Təcrübə Proqramı yüksək motivasiyalı şəxslərə Dünya Bankının missiyası və işi ilə tanış olmaq imkanı təklif edir. Təcrübəçilərə fərqli bir mühitdə bacarıqlarını artırmaqla yanaşı, Bankın işinə yeni perspektivlər, innovativ fikirlər və tədqiqat təcrübəsi gətirmək imkanı verilir. Təcrübə həm inkişaf əməliyyatlarında, həm də digər iş bölmələrində mövcuddur. 

DB bütün təcrübəçilərə saatbaşı əmək haqqı ödəyir və lazım gəldikdə səyahət xərcləri üçün müavinat da verir. Yaşayış yeri proqram tərəfindən təmin olunmur. İş ehtiyaclarına uyğun olaraq təcrübəçilərin əksəriyyəti Vaşinqton şəhərində, kiçik hissəsi isə DB-nın ABŞ-dakı digər ofislərində yerləşdirilir. Təcrübə proqramı ən az dörd həftə davam edir.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

Müraciət edə bilmək üçün namizədlər bakalavr dərəcəsinə malik olmalı, magistratura və ya aspirantura üzrə təhsil proqramına (təcrübə başa çatdıqdan sonra təhsillərinə davam etmək şərti ilə) daxil olmalıdırlar. Yaş məhdudiyyəti yoxdur.

İngilis dilində səlis danışıq tələb olunur. Fransız, İspan, Rus, Ərəb, Portuqal və Çin dillərindən ən az birini bilmək arzuolunandır. Kompüter bacarıqları da müraciət prosesində vacibdir.

İş yerindəki müxtəliflik yüksək qiymətləndirilir, buna görə də müxtəlif ixtisaslı və akademik yönümlü şəxslərə, xüsusilə qadınlara müraciət etmək tövsiyə olunur.

DB Təcrübə Proqramı ildə iki dəfə həyata keçirilir:

  • Yay Təcrübəsi (May – Sentyabr): Müraciət müddəti hər il dekabrın 1-dən yanvarın 31-nədək davam edir.
  • Qış Təcrübəsi (Noyabr – Mart): Müraciət müddəti hər il 1-31 oktyabrdır.

Bütün müraciətlər onlayn şəkildə və müvafiq müraciət müddətində təqdim edilməlidir. (E-poçt ilə göndərilən müraciətlər qəbul olunmur.)

Müraciət prosesi:

Müraciət ərizənizi hazırlamaq və şəxsi məlumatlarınızı düzgün daxil etmək üçün kifayət qədər vaxtın ayrılması tələb olunur. Sizdən aşağıdakı sənədlərin yüklənilməsi tələb olunacaq:

– Tərcümeyi-hal (CV)

– Motivasiya məktubu

– Magistratura və ya aspiranturaya qəbul olunduğunuzu təsdiq edən sənəd.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.