Simmons College, ABŞ-da Tam Təqaüd Proqramı

Məkan: Simmons College – Boston, ABŞ

Son müraciət tarixi: 1 dekabr 2021-ci il

Simmons Kolleci 1899-cu ildə Bostonda qadınlar üçün bakalavr proqramları təklif edən özəl kollec kimi yaradılmışdır. Kollec 1899-cu ildə qadınların müstəqilliyinə inanan Con Simmons tərəfindən təsis edilib və qadınlara ali təhsil və rəhbər vəzifələr tutmaq imkanı yaradıb.

Kollec Gilbert və Marcia Kotzen Təqaüd Proqramını təklif edir. Bu yüksək rəqabətli təqaüd proqramının məqsədi Simmons-un transformativ təhsili, tədqiqat və inkişaf ilə maraqlanan ən yaxşı tələbələrə orada təhsil almaq üçün tam təqaüd verməkdir. 

Kotzen Təqaüdü tələbələri əsas təhsil ilə yaşaşı xaricdə mübadilə proqramı, tədqiqat dəstəyi və digər akademik fəaliyyətlər üçün tam təhsil haqqı, yaşayış, yemək, və əlavə olaraq $ 3,000 həcmində təqaüdlə təmin edir. Bu təqaüd dörd illik müddətdə tam bakalavr təhsilinin başa çatdırılması üçün verilir.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Payız semestri üçün birinci kurs tələbəsi olaraq universitetə ayrı müraciət olunmalıdır
  • Tələbələrin test ballarının, ACT üzrə 28 və ya daha yüksək, SAT isə 1300 və ya daha yüksək olması tövsiyə olunur
  • İngilis dili ana dili olmayan tələbələr TOEFL və SAT (və ya ACT) ballarını təqdim etməlidirlər
  • GPA 3.3 və ya daha yüksək olmalıdır
  • Orta məktəbin son ilində və ya ondan əvvəlki il yüksək səviyyəli riyaziyyat kursu daxil olmaqla, universitet hazırlıq proqramı (college preparatory curriculum)
  • Orta məktəb sisteminizdə mövcud olduğu qaydada fərqlənmə, AP və ya beynəlxalq bakalavriat (IB) kurslarının alınması haqqında şəhadətnamə (mövcud olduğu halda).

Müraciət prosesi:

Ərizədə 2 inşanın yazılması nəzərdə tutulub, həmçinin CV də göndərilməlidir. Ərizəçilər həm təqaüd ərizələrini, həm də universitetə qəbul ərizələrini 1 dekabr tarixinə qədər Universitetə ​​təqdim etməlidirlər.

Təqaüd haqqının alınması üçün finalçılar yanvar ayının ortalarında məlumatlandırılacaq. Qəbul olunan şəxslərə martın 1-dək məlumat veriləcək.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.