Kanadada Təhsil – Tam Təqaüd

Məkan: Simon Fraser Universiteti – Bernabi, Kanada

Son müraciət tarixi: 15 dekabr 2021-ci il

Simon Fraser Universiteti həm akademik göstəricilər, həm də dərsdənkənar fəaliyyətlərdə üstün nailiyyətlər və əla nəticələr göstərən tələbələrə təhsil təqaüdləri təklif edir. Təqaüd payız semestri üçün hər hansı bir bakalavr proqramına qəbul olunan həm Kanada, həm də beynəlxalq tələbələr üçün nəzərdə tutulub.

Təqaüdün məbləği 10,000 ABŞ dollarıdır. Bu məbləğ Kanadada təhsil, xüsusi universitet rüsumları və yaşayış xərclərini ödəmək üçün kifayət edir.

Təhsil haqları haqqında daha ətraflı məlumatı burada tapa bilərsiniz.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • qəbul zamanı namizədlər ən azı 90% və ya 31 IB bal toplamalıdırlar
  • tələbələr təhsil kursunu planlaşdırmaq və digər mənbələr haqqında öyrənmək üçün müəllimlər və tədris üzrə məsləhətçilər ilə əlaqə saxlaya biləcəklər
  • yaşayış xərcləri yalnız maddi çətinlik yaşayan istedadlı tələbələr üçün ödəniləcək
  • təqaüd üçün müraciət etməzdən əvvəl namizəd universitetin hər hansı bir proqramına qəbul olunmalıdır

Təqaüd üçün müraciətlər 15 dekabr 2021-ci il tarixinədək, digər zəruri sənədlər isə 31 yanvar 2022-ci il tarixinədək qəbul olunur.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.