O’Brien Məzun Təqaüdləri – 2023

Ölkə: Kanada

Son tarix: 20 dekabr 2022-ci il

Universitet: McGill Hüquq Məktəbi

O’Brien Fellows (təqaüdçüləri) insan hüquqları və hüquqi plüralizm sahəsində innovativ hüquqi və fənlərarası tədqiqat, dialoq və vəkillik üçün mərkəz olan İnsan Hüquqları və Hüquq Plüralizmi Mərkəzinin üzvü olur. LL.M tələbələri üçün təqaüdlər 1 il müddətinə ildə maksimum 25,000 ABŞ dolları dəyərində verilir. D.C.L (doktorantura) üçün, təqaüdlər 35,000 ABŞ dolları dəyərində verilir 1 il ərzində, iki dəfə yenilənə bilər (uyğunluğu saxlamaqla).

Təqaüdün əhatəsi:

  • M tələbələri ildə maksimum 25,000 ABŞ dolları dəyərində təqaüd ala bilərlər;
  • C.L. tələbələri 35,000 ABŞ dolları miqdarında təqaüd ala bilərlər, iki dəfə yenilənə bilər (uyğunluğu saxlamaqla).

Ərizəçilər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Yüksək akademik göstəricilərə malik olmaq;
  • İnsan hüquqları və hüquqi plüralizm sahəsində güclü tədqiqat layihəsi (araşdırma);
  • Ərizəçilər universitetin magistratura və doktorantura pillələrində oxumuş olmamalıdırlar;
  • Eyni zamanda fakültənin magistratura proqramlarından birinə qəbul olmaq üçün ərizəni vaxtında təqdim etmək.

Əlavə məlumat üçün à veb saytına daxil olun.