Gənclər, Sülh və Təhlükəsizlik üzrə Beynəlxalq Tələbə Forumu

Məkan: Bakı və Şuşa, Azərbaycan.

Fəaliyyət tarixləri: 23-28 noyabr 2022

Müraciət üçün son tarix: 12 oktyabr 2022 (Bakı vaxtı ilə gecə yarısı).

Qısa məlumat:

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlıq İctimai Birliyi tərəfindən təşkil olunacaq Beynəlxalq Tələbə Forumunun məqsədi gənc tələbələr, azərbaycanlı və xarici ekspertlərlə birlikdə sülh və təhlükəsizlik məsələləri ilə bağlı problemləri panel müzakirələr və seminarlar vasitəsilə müzakirə etmək və mümkün həll ssenarilərini hazırlamaqdır. Forum Bakı və Şuşada keçiriləcək ki, bu da münaqişədən sonrakı dövrdə şəhərin yenidən qurulması və müasirləşdirilməsinin təcəssümü və uğurlu nümunəsi sayıla bilər.

Heç bir şübhə doğurmur ki, müharibədən sonrakı dövr münaqişənin hər bir tərəfi üçün davamlı sülhə və inkişafa yol açır. Tarix təcrübə göstərir ki, gələcək nəslin inkişaf və əməkdaşlıq üçün hər cür şəraiti olan təhlükəsiz və firavan yaşaması üçün bütün mövcud sülhməramlı vasitələrdən və tədbirlərdən istifadə etmək son dərəcədə vacibdir. Bu baxımdan tələbələrin və gənclərin rolunu və onların sülhməramlı tədbirlərlə bağlı təkliflərin hazırlanmasında potensial töhfəsini nəzərdən qaçırmaq mümkünsüzdür.

İştirakçı profili: 21-29 yaş (son kurs bakalavr, magistr və Ph.D. tələbələri)

Tədris sahələri: Beynəlxalq Münasibətlər, Siyasət, Sülh və Münaqişəşünaslıq, İnsan Hüquqları, Beynəlxalq Diplomatiya, Beynəlxalq Hüquq, Humanitar və Sosial Elmlər, Dövlət Siyasəti və İdarəetmə, Jurnalistika, Kommunikasiya və Media Tədqiqatları və s.

Yerləşdirmə və yemək (100%), səyahət xərcləri (70%) təşkilatçılar tərəfindən qarşılanacaq.

Ətraflı məlumat üçün bu keçiddən istifadə edin.