Avropa Komissiyası və Ali Nümayəndəliyi dənizlərdən təhlükəsiz istifadəni təmin etmək və dənizətrafı əraziləri yeni təhdidlərdən qorumaq üçün gücləndirilmiş Avropa İttifaqı Dəniz Təhlükəsizliyi Strategiyasına dair Birgə Kommunikasiya aktını qəbul edib. Həmçinin Strategiyanın həyata keçiriləcəyi yenilənmiş Fəaliyyət Planı da qəbul edilib.
Dəniz təhlükəsizliyi Avropa İttifaqı və onun Üzv Dövlətləri üçün mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı Üzv Dövlətləri birlikdə dünyanın ən böyük birləşmiş eksklüziv iqtisadi zonasını təşkil edir, Avropa İttifaqı iqtisadiyyatı böyük ölçüdə okeanların təhlükəsizliyindən asılıdır. Qlobal ticarətin 80%-dən çoxu dəniz yolu ilə həyata keçirilir və dünyadakı neft və qaz ehtiyatının təxminən üçdə ikisi ya dənizdə hasil edilir, ya da dəniz yolu ilə nəql olunur. Qlobal məlumat axınının 99%-ə qədəri sualtı kabellər vasitəsilə ötürülür.
Avropa İttifaqı həm mülki, həm də hərbi dəniz təhlükəsizliyini təmin etmək üçün sərəncamında olan alətlərin geniş spektrini gücləndirmək niyyətindədir.
Daha ətraflı bu keçiddən istifadə edərək oxuya bilərsiniz.