Son 200 ildə miqrasiya hüququ sahəsində önəmli rola malik olan readmissiya sazişləri bu gün dövlətlər arasında müvafiq sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin mühüm vasitələrindən birinə çevrilmişdir. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 2014-cü ildə bağlanan readmissiya sazişi tərəflər arasında mövcud işbirliyi və yaxın münasibətlərin göstəricisi kimi çıxış edir. Məqalədə həm bu sazişin detalları, həm də...
Author: Elvin Aliyev
Azərbaycanda miqrasiya proseslərinin inzibati-hüquqi nizamlanması
Bütün dünyada olduğu kimi Azərbaycanda da son illərdə miqrasiya prosesləri və onun səmərəli inzibati-hüquqi tənzimlənməsi diqqəti cəlb edən problemlərdən olmuşdur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin beynəlxalq təcrübə, xüsusilə də, müvafiq sahədə böyük inkişaf yolu keçmiş Avropa ölkələrinin praktikasından istifadə edilərək təkmilləşdirilməsi zərurəti yaranmışdır. Miqrasiya Məcəlləsində qeyd olunan əsas anlayışların dəqiqləşdirilməsi dövrün tələbi kimi çıxış edir. Beləliklə,...
Miqrasiya proseslərinin mərhələləri və ona təsir edən amillər
Xülasə: Miqrasiya prosesləri hər nə qədər yerli normativ hüquqi aktlar və beynəlxalq müqavilələr ilə tənzimlənsə də, burada hüquqdan kənar amillərin araşdırılması da vacibdir. Bir proses və fenomen kimi miqrasiya həm də iqtisadiyyat, sosiologiya, politologiya və digər elm sahələri tərəfindən öyrənilməkdədir. Bu məqalə digər elmlərin miqrasiya proseslərinə dair yanaşmalarını müzakirə edir. Açar sözlər: mərhələ, miqrant, xalq, yanaşma,...
Avropa İttifaqının və Skandinaviya ölkələrinin miqrasiya proseslərinə hüquqi yanaşması məsələləri
Açar sözlər: ittifaq, miqrasiya siyasəti, əcnəbi, vətəndaşlığı olmayan şəxs, müvəqqəti yaşayış icazəsi, daimi yaşayış icazəsi, sığınacaq, üçüncü ölkə, sərhəd, tənzimləmə, müddət, beynəlxalq öhdəlik Miqrasiya proseslərinin dinamik inkişafı dövlətlərdən miqrasiya qanunvericiliyini daim təkmilləşdirmələrini tələb edir. Bu baxımdan qabaqcıl Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində yeni təkliflərin hazırlanması üçün xüsusilə əhəmiyyətlidir. Həm də...
Avropa ölkələrinin əsas miqrasiya problemləri haqqında
Açar sözlər: Avropa İttifaqı, Konvensiya, qaçqın statusu, readmissiya Xülasə Qlobal iqlim dəyişikliyi ilə birlikdə dünyanın ən aktual mövzusuna çevrilən miqrasiya probleminin getdikcə daha da böyüməsi təcili həll yollarının tapılmasının tələb edir. Bu tezis xüsusilə, Suriyadan Avropa ölkələrinə 8 ildir davam edən mühacir axını ilə əlaqədar yaranan əsas problemlər və onların həlli yolları ilə bağlı məsələləri...
Təmir hüququ (right to repair)
ünyada hadisələr zaman keçdikcə daha sürətlə inkişaf edir və bu, əlbəttə, insanlar arasında formalaşan ictimai münasibətlərə də təsirsiz ötüşmür. Xüsusilə də, texnologiya sahəsində baş verən inqilabi yeniliklər insan hüquqlarının dairəsinin genişlənməsinə və müdafiə mexanizmlərinin təkmilləşməsinə gətirib çıxarır. Texnoloji inkişafla şərtlənən yeni insan hüquqlarından biri də təmir hüququdur ki, Amerika və Avropa qitələrində bu hüququn tanınması...
Xidmətlər göstərmək azadlığı (Freedom to provide services)
Annotasiya Müasir dövrdə insan hüquq və azadlıqları yeni xarakter kəsb edərək daha çox iqtisadi sahənin liberallaşmasına fokuslanır. Bunu, xüsusilə, Avropa İttifaqı timsalında aydın şəkildə müşahidə edə bilərik. 1957-ci il Roma Müqaviləsində nəzərdə tutulan xidmətlər göstərmək azadlığı da daxili bazarda xidmətlərin sərbəst hərəkətinin təmin edilməsi məqsədini daşıyır. Bu məqalədə xidmət provayderlərinin hüquqları və bununla əlaqəli məhkəmə presedentləri şərh edilmişdir. Abstract...
Təsis etmək hüququ (right of establishment)
Annotasiya 1957-ci il Roma Müqaviləsi ilə fəaliyyətinə başlayan Avropa İttifaqı insan hüquq və azadlıqlarının tanınması və təmini sahəsində dünyada əhəmiyyətli mövqeyə malikdir. İttifaq daxilində insan və vətəndaşın təkcə klassik hüquqları deyil, dövrün tələbinə uyğun olaraq yeni yaranan münasibətlərə tətbiq edilə biləcək yeni növ hüquq və azadlıqları da tanıyır. Məlumdur ki, məhdudiyyətlərlə üzləşmədən başqa bir ölkədə...