Annotasiya Müasir dövrdə insan hüquq və azadlıqları yeni xarakter kəsb edərək daha çox iqtisadi sahənin liberallaşmasına fokuslanır. Bunu, xüsusilə, Avropa İttifaqı timsalında aydın şəkildə müşahidə edə bilərik. 1957-ci il Roma Müqaviləsində nəzərdə tutulan xidmətlər göstərmək azadlığı da daxili bazarda xidmətlərin sərbəst hərəkətinin təmin edilməsi məqsədini daşıyır. Bu məqalədə xidmət provayderlərinin hüquqları və bununla əlaqəli məhkəmə presedentləri şərh edilmişdir. Abstract...