Məkan: İsveçrə
Son müraciət tarixi: 15 dekabr 2021-ci il
Mükəmməllik Təqaüdü və İmkan Proqramı (ESOP) ETH-də magistr dərəcəsi almaq istəyən ən yaxşı tələbələri təqaüd, mentorluq və ETH fondu şəbəkəsi vasitəsilə dəstəkləyir. Bu təqaüd əcnəbi tələbələrin magistratura təhsili zamanı tam təhsil və yaşayış xərclərini əhatə edir.
Aşağıdakı sahələrdə təhsil almaq üçün təqaüdlər əldə edilə bilər:
- memarlıq və inşaat mühəndisliyi
- mühəndislik elmləri
- idarəetmə və sosial elmlər
Təqaüd:
Mükəmməllik Təqaüdü/ESOP magistr proqramının müntəzəm müddəti üçün verilir (üç və ya dörd semestr). Təqaüdün məbləği hər semestr üçün 12,000 isveçrə frankı təşkil edir. O, yaşayış və təhsil xərclərini, eləcə də təhsil haqqını tam əhatə edir.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
- ingilis dili zəruridir
- bakalavr dərəcəsi proqramında çox yaxşı ortalama bal
- CV-də göstərilən telefon nömrənizin işlək olması (seçim prosesinə fevral ayında Skype vasitəsilə olacaq müsahibə daxildir)
Müraciət Prosesi:
Seçim prosesində nəzərdə tutulmaq üçün siz ETH Zurich-də magistr dərəcəsi proqramına müraciət etməlisiniz. Əgər birdən çox magistr proqramına müraciət edirsinizsə, hər bir dərəcə proqramı üçün ayrıca ərizə forması təqdim etməlisiniz.
Magistratura proqramına qəbul üçün sənədlərdən əlavə, magistr dissertasiyanız üçün ilkin təklifi yükləməlisiniz. Təqaüd üçün müraciət forması və təsdiqləyici sənədlər 15 dekabr 2021-ci il tarixinədək onlayn şəkildə təqdim edilməlidir.
Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.