Avropa İttifaqı Ədalət Məhkəməsində yeni mübahisə predmeti qeydə alınıb. İttifaqın vətəndaşlarından biri Avstriyanın bir poçt şirkətini Ümumi Məlumatların Mühafizəsi Qaydalarını (“GDPR”) pozmaqda ittiham edir. Məhkəmə qayda pozuntusunu tanıyıb və hesab edib ki, hər bir insanın şəxsi məlumatlarının kimə açıqlandığını bilmək hüququ var.
“GDPR” – “General Data Protection Regulation” – Ümumi Məlumatların Mühafizəsi Qaydası Avropa İttifaqının 2018-ci ilin may ayından qüvvəyə minmiş qanunudur. Qanunun qəbulunda əsas məqsəd Aİ vətəndaşlarının internet üzərində paylaşılan şəxsi məlumatlarını qorumaqdır. Ümumi Məlumatların Mühafizəsi Qaydası tələbləri Aİ-nin bütün üzv dövlətlərinə münasibətdə tətbiq olunur.
Daha ətraflı oxumaq üçün keçiddən istifadə edin.