Fərdi əmək mübahisələrinin həlli araşdırılarkən iddia müddəti anlayışından çox istifadə edilir. İddia müddətinə Mülki Məcəllənin 372.2-ci maddəsində anlayış verilmişdir. Həmin maddəyə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Əmək qanunvericiliyində iddia müddəti əmək münasibətlərinin subyektiv tərkibinə görə iki yerə bölünür; Birinci halda, işəgötürən pozulmuş hüququnun müdafiəsi üçün nəzərdə tutulmuş...
Category: Məqalələr
Sərnişinin təqsiri yoxsa sürücünün məsuliyyəti?
Yol hərəkəti iştirakçılarının təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı üçüncü şəxslərin əmlakına, həyatı və sağlamlığına zərər dəyməsi qaçılmazdır. Xüsusilə iki və daha çox avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzalarda ilk yardımçı hüquqi vasitə avtonəqliyyat vasitə sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olur. Bəzən baş vermiş yol-nəqliyyat hadisələri təkcə sürücünün təqsiri üzündən deyil, sərnişinin yol...
Краткая история судебной баллистики как раздела криминалистической техники
История той или иной науки позволяет рассматривать данную отрасль с совершенно иного аспекта. Благодаря такому подходу, можно уяснить какой путь развития прошла данная наука в разные эпохи, что очень полезно для сравнения ее категориального аппарата, методологии и принципов. Рассмотрение науки судебной баллистики как раздела криминалистики через призму исторической эволюции, напрямую связано с появлением новых видов...
Əqli mülkiyyət hüququnda süni intellektin müəlliflik hüququ
arixən müəllif hüququ ilə qorunan əsərlərin üzərində müəllif hüququ onun yaradıcılarına məxsus olub.Yaradıcı insanlar və onların intellektual səyləri olmadan yeni obyektlərin yaradılmasının mümkün olmadığı nəzərə alınaraq müəllif müstəsna hüquqlarla təmin olunur və bu hüququn mərkəzində şəxsiyyət dayanır.Ancaq süni intellekt bu deyilənləri istisna edir. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası qanununun 4-cü maddəsinə əsasən...
Türk mülki hüququnda şifahi vəsiyyətnamə vəsiyyətnamənin bir növü kimi
Bildiyimiz kimi vərəsəlik hüququ mülki hüququn ən qədim sahələrindən biridir. Vərəsəlik hüququ dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq və vəzifələrinin, həmçinin bəzi qeyri-əmlak hüquqlarının digər şəxslərə keçməsi zamanı yaranan iсtimai münasibətləri, habelə vərəsəliklə bağlı olan digər münasibətləri tənzimləyən hüquq normalarının məсmusu başa düşülür[1]. Mülki Məcəlləyə əsasən miras vərəsələrə iki yolla –...
Elektron poçtda onun məxfi məlumat əks etdirməsi ilə bağlı qeyd öhdəlik yaradırmı?
Demək olar ki, hər gün işlə, şəxsi səbəblərlə bağlı, bəzən isə hətta yanlışlıqla müxtəlif məzmunlu imeyllər qəbul edirik. Fikir versək, çox zaman imeylin məzmununda onun kommersiya sirrinə dair məlumatları əks etdirdiyi və həmin məlumatların açıqlanmasının, yayılmasının və hər hansı formada onlardan istifadə edilməsinin qadağan olunduğu ilə bağlı xüsusi qeydlə rastlaşırıq. Elektron poçtun məzmununda bu cür...
Təmir hüququ (right to repair)
ünyada hadisələr zaman keçdikcə daha sürətlə inkişaf edir və bu, əlbəttə, insanlar arasında formalaşan ictimai münasibətlərə də təsirsiz ötüşmür. Xüsusilə də, texnologiya sahəsində baş verən inqilabi yeniliklər insan hüquqlarının dairəsinin genişlənməsinə və müdafiə mexanizmlərinin təkmilləşməsinə gətirib çıxarır. Texnoloji inkişafla şərtlənən yeni insan hüquqlarından biri də təmir hüququdur ki, Amerika və Avropa qitələrində bu hüququn tanınması...
Əmək müqavilələrinin tərtib edilməsi zamanı edilən ümumi səhvlər
Əmək müqaviləsi əmək münasibətlərinin əsas şərtlərini və işçi və işəgötürənin (bundan sonra birlikdə “əmək münasibətinin subyektləri” adlandırıla bilər) hüquq və vəzifələrini müəyyən edən əsas sənəddir. Əmək münasibətinin subyektləri arasında mübahisə yaranarsa, əmək münasibətlərinin şərtlərinin nə olduğunu müəyyənləşdirmək üçün nəzərdən keçirilməsi lazım olan ilk sənəd əmək müqaviləsidir. Bu səbəbdən əmək müqaviləsinin doğru bir şəkildə tərtib edilməsi...
Mirasda məcburi pay hüququnun subyektləri
1995-сi il noyabrın 12-də ümumxalq səsverməsi nətiсəsində qəbul edilmiş Azərbayсan Resрublikası Konstitusiyasının рreambulasında göstərildiyi kimi “vətəndaş сəmiyyətinin bərqərar edilməsinə nail olmaq” Azərbayсan Resрublikasının əsas niyyətlərindən biridir. Mülkiyyət münasibətləri vətəndaş сəmiyyətinin əsasını təşkil edən əsas mülki hüquq münasibətlərindən biri və fikrimcə hətta başlıсasıdır. Mülkiyyətin və ya digər deyimlə mülkiyyət münasibətlərinin meydana gəlməsinin bir sıra növləri mövсuddurki...
Elektron hökumətin korrupsiyanın qarşısının alınmasında rolu
üasir dövrdə korrupsiyaya qarşı mübarizə yeni mərhələyə qədəm qoymuşdur. Dövlətin idarəetmə metodları inkişaf etdikcə, bu, anti-korrupsiya siyasətindən də yan keçmir və bu istiqamətdə istifadə edilən metodlar artıq köhnəlmiş və klassik hesab olunur. Aydın məsələdir ki, korrupsiyasız cəmiyyət mövcud deyil, lakin bu, onunla mübarizənin mənasız olması anlamına gəlməməlidir. İnkişaf etmiş dövlətlər bu “bəla” ilə ciddi mübarizə...