Ümumiyyətlə hüquq elmdir? Yoxsa yeni inanc sistemi? Bəlkə bir mif? Maraqlıdır ki, bəşər tarixi boyu hüquqa müxtəlif və çoxsaylı anlayışlar verilmiş və hüququn mahiyyəti fərqli aspektlərdən müzakirə olunmuşdur. Lakin bununla belə mövcud heç bir anlayış hüququ bütövlükdə anlamağa və aydınlaşdırmağa kifayət etmir. Bunun üçün hüququn mahiyyətini və məğzini anlamaq, hüquq fəlsəfəsini və kökünü qavramaq lazımdır....
Category: Məqalələr
Milad bayramının hüquqi aspektləri
Bütün xristianlar üçün əsas bayramlardan biri – Milad bayramıdır. Milad bayramı yenilənmənin və Allahla birliyin simvoludur. Katolik kilsəsi bu bayramı dekabrın 25-26, pravoslav kilsəsi isə yanvarın 7-də qeyd edir. Bu bloqda biz ən qəribə Milad bayramı ilə bağlı qanunları və məhkəmə işlərindən danışacağıq. Ən Qəribə “Milad Qanunları”: “Şirniyyatların qadağan edilməsi haqqında Akt” 1644 – Böyük...
10 dekabr – İnsan Hüquqları Günü
Hər il dekabrın 10-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunması İnsan Hüquqları Günü kimi qeyd edilir. Bu gündə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi müntəzəm olaraq mədəni tədbirlər, ictimai görüşlər, seminarlar və insan hüquqlarının təşviqi ilə bağlı digər maarifləndirici fəaliyyətlərin həyata keçirilməsində böyük rol oynayır. Bundan əlavə, ənənəvi olaraq dekabrın 10-da İnsan...
İnvestisiya: gəlir əldə etmək yoxsa risk?
Giriş Son illərdə xarici investisiyaların sürətlə axınını nəzərə alaraq, gələcəkdə yarana biləcək investisiya mübahisələrinin həlli zamanı istər yerli məhkəmələr, istərsə də beynəlxalq arbitraj məhkəmələri üçün “investisiya” anlayışının müəyyən edilməsi olduqca mühim əhəmiyyət kəsb etməkdədir. Xarici investorların “qiblə”si hesab edilən İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzi tərəfindən (ingiliscə- “International Centre for Settlement of Investment Disputes” qısaca...
Evtanaziya: “Ölmək hüququ”na yanaşmanın hüquqi aspektləri
Evtanaziya – ilk baxışda bu söz hər kəs üçün aydın olmasa da, bu məfhumla bağlı çoxsaylı filmlər çəkilmiş, dünya ictimaiyyətində bir çox məşhurun öz həyatlarına “asanlıqla” son qoymaq üçün onun qanuni olduğu ölkələrə üz tutmaları barədə fərqli xəbərlər paylaşılmışdır. “Evtanaziya” sözü tərcümədə ümumi olaraq “yaxşı ölüm” mənasında işlənir, yəni şəxsin öz xahişi ilə həyatına ağrısız...
Rəqabət hüququnda “müvafiq bazar”ın müəyyən edilməsi
Rəqabət hüququnun öyrəndiyi və araşdırdığı ən əsas sahələrdən biri “hökmran mövqe”nin müəyyən edilməsidir. Hökmran mövqe bazarda inhisar (monopoliya) yaratdığından rəqabəti məhdudlaşdıran ünsür olaraq görüldüyünə görə rəqabət hüququnda mühüm rol oynayır. Xarici praktikada əksərən, hökmran mövqenin təyin edilməsi hallardan asılı olaraq dəyişsə də, Azərbaycan qanunvericiliyinə əsasən hökmran mövqe dedikdə bazarda payı 35% faizdən çox olan təsərrüfat...
Tanınmış şirkətlərdə kütləvi ixtisarlar: Azərbaycan qanunvericiliyi üzrə qısa analiz
Son günlərdə bir neçə iri və tanınmış şirkətlərdə kütləvi ixtisarların olduğu xəbərləri yayılır. Nümunə olaraq Elon Musk tərəfindən satın alınan “Twitter”i göstərə bilərik. Elon Muskdan sonra Mark Zukerberq tərəfindən də Metada işçilərin işdən çıxarılması xəbəri yayılmışdır. Bəs görək işçilərin işdən kütləvi şəkildə çıxarılması, kütləvi ixtisar məsələsi daxili qanunvericilikdə necə tənzimlənir? Bu proses qanunidirmi? Kütləvi şəkildə...
Hüquq çərçivəsində nifrət nitqi
Hər birimiz gündəlik həyatımızda ictimai münasibətlərin tərəfi oluruq və tərəfi olduğumuz münasibətlərin müəyyən hissəsi qanunvericiliklə tənzimlənir. Hansı münasibətlərin qanunvericiliklə tənzimlənməli olub-olmaması ilə bağlı hüquq elmində və münasibətlərin yarandığı dövlətlərdə (hüquqi sistemlərində) müxtəlif yanaşmalar mövcuddur. Bu səbəbdəndir ki, eyni əməl fərqli yurisdiksiyalarda fərqli formada tövsif olunur və fərqli hüquqi nəticələrə səbəb olur. Nifrət nitqi nədir? Azərbaycan...
Sığorta ödənişinin verilməsi əsasları
Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” Qanunun 1.1.21 maddəsinə əsasən, sığorta ödənişi- sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 926-cı maddəsində də oxşar tərif göstərilərək qeyd olunub ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən...
“Türkiyə Bursları” – İstanbulda Hüquq Təhsili
Bu yazımızda sizinlə Türkiyənin ən çox müraciət olunan təqaüd proqramı “Türkiyə Bursları” barədə təəssüratlarımı bölüşəcəyəm. Hal-hazırda İstanbulda magistr təhsilimin ikinci, yəni tezis yazma dönəmindəyəm. “Türkiyə Bursları” proqramı dünyanın müxtəlif ölkələrindən olan tələbələr üçün Türkiyənin müxtəlif şəhərlərində bakalavr, magistratura və doktorantura pilləri üzrə ödənişsiz təhsil almaq imkanı tanıyır. Təqaüd yalnız universitet ödəşini qarşılamır, eyni zamanda Türkiyədə...